BƏƏ Trampın Qüdslə bağlı qərarını "terrorçulara hədiyyə" adlandırıb
Dünya 09 Dek 2017 22:37:06 288 0
Ekstremistlər bundan istifadə edə bilərlər
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarı terrorçulara hədiyyədir.
“Report” xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Ənvər Qarqaş deyib.
"Trampın Yerusəlim ilə bağlı qəbul etdiyi bu kimi qərarlara terrorçulara hədiyyə kimi baxmaq olar", — deyə "Al Arabiya" telekanalı onun sözlərini sitat gətirib.
Nazir əlavə edib ki, ekstremistlər bu əməldən "öz nifrət səslərini ucaltmaq və terror aksiyalarını gücləndirmək" üçün istifadə edə bilərlər.
Mənbə: report.az