Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb


Digərləri 09 Dek 2017 20:21:00 266 0

Biləsuvarda fəhlə torpaq uçqunu altında qalıb

Biləsuvar şəhərində istehsalatda bədbəxt hadisə nəticəsində 1 nəfər xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, 1991-ci il təvəllüdlü rayon sakini Mirzəyev Asif  Vasif oğlu kanalizasiya xətti çəkilişi zamanı torpaq altında qalıb.

Yaralı yaxınlıqdakıların köməkliyi ilə qaldığı yerdən çıxarılıb və Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib.