Xalq artistimizin qızını Amerikaya dəvət edən


Şou-biznes 09 Dek 2017 19:16:00 255 0

Xalq artistimizin qızını Amerikaya dəvət edən

Bundan əvvəl Şəfəq Novruzovanın erməni stilist Georgi Kotla dostluğu tənqid hədəfinə çevrilmişdi

Xalq artisti Ramiz Novruzovun qızı, stilist Şəfəq Novruzova Nyu-Yorkda master-klassa dəvət alıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, dəvət ABŞ-da yaşayan erməni mənşəli stilist Elisa Ataxanyandan gəlib.

Novruzova dəvətlə bağlı yazıb: "Əziz həmkarlar, məni qonaq qismində Amerikaya master-klassa dəvət ediblər. Tədbirin təşkilatçısı Elisadır".

Bundan əlavə, Novruzovanı Belçika, Almaniya, Rusiya, Özbəkistan və digər ölkələrdə master-klasslarda iştirak etməyə dəvət ediblər.​ Elisa Ataxanyan "Beynəlmiləl master-klass" adlı layihə həyata keçirir. Bu layihədə müxtəlif ölkələrdən olan stilistlər iştirak edirlər və təcrübələrini bölüşürlər. Bu dəfə o, Azərbaycandan olan həmkarının çağırıb.


Xəbərə aid foto