Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq


Dünya 09 Dek 2017 18:24:50 319 0

Türkiyə və Fransa ABŞ-ı Qüdslə bağlı mövqeyindən çəkindirməyə çalışacaq

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa prezidenti Emanuel Makronla telefonla danışıb

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Fransa prezidenti Emanuel Makronla telefonla danışıb.

"Report" "TASS"a istinadən məlumat verir ki, tərəflər İsrailin paytaxtını Təl-Əvivdən Qüdsə köçürülməsinin rəsmi Vaşiqtonun tərəfindən dəstəklənməsini müzakirə ediblər.

Ərdoğan Makronla telefon söhbəti zamanı qeyd edib ki, Qüdsün tarixi statusunun qorunması bütün bəşəriyyətin vəzifəsidir. 

Tərəflər birgə səyləri ilə ABŞ-ın öz qərarını dəyişməsinə inandıracaqları barədə razılığa gəliblər.