"Pul qazanmaq mümkün deyil..." Vasif


Şou-biznes 09 Dek 2017 16:54:00 288 0

"Pul qazanmaq mümkün deyil..."  Vasif

Əməkdar artist Vasif Məhərrəmli solo konsertdən gəlir götürməməkdən gileylənib. 

Son.az axşam.az-a istinadən bildirir ki, müğənni "Günə son" verilişində deyib ki, konsertdən pul qazanmaq mümkün deyil:

"Problem elə konsertdən pul qazanmaqdır. Əgər bir gün konsert verirsənsə, qazanmayacaqsan. Dekor qurulur, rəssam gəlir, orkestr yığılır. Yaradıcı komandanın bir günlük qonorarları ödənilir. Əgər ikinci və ya üçüncü gün konsert etsən, dekora pul ödəməyəcəksən. İki-üç gün konsert versən, qazanarsan.