7 kiloqrama yaxın narkotik müsadirə olundu


Digərləri 09 Dek 2017 15:36:00 255 0

7 kiloqrama yaxın narkotik müsadirə olundu

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə 7 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Son.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Əldə edilən məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yevlax şəhər sakini, əvvəllər məhkum olunmuş Nəsimi Babayevin yaşadığı evə baxış keçirilib və oradan ümumi çəkisi 5 kiloqram 62 qram olan marixuana aşkar edilərək götürülüb.