Saakaşvili aclıq aksiyasına başladı


Dünya 09 Dek 2017 12:21:00 215 0

Saakaşvili aclıq aksiyasına başladı

Kiyevdə saxlanılmış Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili aclıq aksiyasına başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ruslan Çernorutski elan edib.

Vəkil qeyd edib ki, M.Saakaşvili zorla qidalandırılmaqdan da imtina edir və onun barəsində 60 sutkalıq həbs qətimkan tədbiri seçilərsə, aclıq aksiyasını uzadacaq.