Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib FOTO


Digərləri 09 Dek 2017 12:06:00 211 0

Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib  FOTO

Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş dəyirmi masa keçirilib.

İlk öncə tədbir iştirakçıları Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə tər çiçək dəstələri düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər.

Yığıncaqda Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Millət vəkili, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, digər qonaqlar və rayon ictimaiyyəti iştirak edirdi.

Tədbirdə ilk öncə Ulu Öndərin zəngin həyatını əks etdirən qısametrajlı film nümayiş olundu.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov Azərbaycan dövlətçiliyinin söykəndiyi təməl prinsiplərinin Heydər Əliyev tərəfindən yaradıldığını qeyd etdi. Bildirdi ki, Ulu Öndər Heydər Əliyev özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli Lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı, qurucusu adlandırıb. Ümummilli Lider Heydər Əliyevin müdrikcəsinə söylədiyi "Azərbaycan dünyaya günəş kimi doğacaq" fikrini xatırladaraq Ulu Öndərin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sayəsində bunun artıq reallıq olduğunu vurğuladı.

Millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov öz nitqində Ulu Öndərin göstərdiyi misilsiz xidmətlərindən söz açdı. O parlaq şəxsiyyətin fəaliyyətini araşdırdıqda Vətənini hədsiz dərəcədə sevən bir insanın ölkəsinin tarixinə, xalqına son dərəcə böyük sevgi və hörmətlə yanaşmasını heyrətamiz hiss kimi səciyyələndirdi.

O, Ulu Öndərin Milli Mətbuatımıza göstərdiyi diqqət və qayğıdan danışdı, MDB məkanında ilk olaraq senzuranın məhz onun təşəbbüsü ilə götürüldüyünü qeyd etdi. Bildirdi ki, müasir Azərbaycanın mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz üzərinə götürən Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması, eləcə də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri kimi tarixdə silinməz iz qoymuşdur.


Xəbərə aid fotolar