İrem Derici ilk dəfə sevgilisindən danışdı


Digərləri 09 Dek 2017 10:33:00 263 0

İrem Derici ilk dəfə sevgilisindən danışdı

Adı aktyor Barış Murat Yağcı ilə birlikdə çəkilən İrem Derici ilk dəfə bununla bağlı sualları cavablandırıb.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçi kafedə obyektivlərə tuş gəlib.

İrem Muradla birlikdə olduğunu gizlətməyib. O bildirib ki, hazırda bir-birilərini tanımağa çalışırlar:

"Muradla onsuz da dost idik. İndi isə tanış olmaq ərəfəsindən keçirik. Görüşəndə çoxlu söhbət edir, işlərimizdən danışırıq. Eşq yaşamağa başlasaq, açıq deyəcəm. 2017-ci il mənim üçün çox çətin keçdi. Hər şeyi geridə qoyub, işlərimə diqqət ayırıram. Heç kim ayrılmaq üçün bir münasibətə başlamır".