Dünyada yalnız 300.000 süni zəka mütəxəssisi var.


Digərləri 09 Dek 2017 08:55:00 260 0

Dünyada yalnız 300.000 süni zəka mütəxəssisi var.

Çinin internet nəhəngi "Tencent" süni zəka alqoritmlərinin yaradılması üzrə ixtisaslaşmış peşəkarların çatışmazlığı səbəbilə İT şirkətlərin şikayətlərini təsdiq edən hesabatı təqdim edib. Son.az technote.az-a istinadən bildirir ki, Çinin texnoloji nəhəngi "Tencent" öz hesabatında bildirib ki, bütün dünya üzrə yalnız 300.000 süni zəka mütəxəssisi var. Bununla yanaşı yaxın zamanda bu bazara milyonlarla mütəxəssis lazım olacaq. Bütün dünya üzrə olan İT şirkətlər isə süni zəka mütəxəssislərinin tapılmasının qəlizliyi baxımından şikayət edirlər. Bu cür tələbat yüksək maaşın olmasına gətirib çıxardır. Bu sahə üzrə iki illik iş təcrübəsi olan şəxslər ildə 300.000-500.000$, yüksək dərəcədə ixtisaslaşmış şəxslər isə milyonlarla dollar maaş ala bilərlər.

Azad şəkildə fəaliyyət göstərən süni zəka layihələrindən birinin New York Times-a verdiyi məlumata əsasən qəliz süni zəka ilə çalışa biləcək insanların sayı bütün dünya üzrə 10.000-dir. Bunun əsas səbəbi süni zəka sahəsində təhsil problemidir. 300.000 süni zəka mütəxəssislərindən 200.000-i artıq çalışır. Yerdə qalan 100.000 insan isə hələki təhsil alır. Bununla yanaşı süni zəka üzrə kurslar son illərdə inanılmaz məşhurluq qazanıblar.

Lakin təhsili yekunlaşdırandan sonra yalnız bir sıra şəxslər bu işin öhdəsindən lazımınca gələ bilirlər. Kadr çatışmazlığına baxmayaraq sənaye təkcə inkişaf etmir, həmdə dövlətlər arasındakı rəqabətə gətirib çıxardır. "Tencent" bu sahədə əsas oyunçular kimi ABŞ, Çin, Yaponiya və İngiltərəni qeyd edib. Bu siyahıya həmçinin sözügedən sahədə rolunun böyüməsinə davam edən Kanadanı da daxil ediblər. Belə ki, orda bu sahə üzrə təhsil səviyyəsi daha yaxşıdır və süni zəka startaplarına üstünlük verilir. Qeyd etmək lazımdır ki, 2600 süni zəka şirkətindən 1000-i ABŞ-dadır. Onlardan 600-ü isə Çindədir.