Cocuq Mərcanlıda 25100 kv.m. ərazi təmizlənib FOTO


Digərləri 09 Dek 2017 08:43:00 291 0

Cocuq Mərcanlıda 25100 kv.m. ərazi təmizlənib  FOTO

Cəbrayıl rayonunun, Cocuq Mərcanlı kəndində gün ərzində 25 100 (2.51 ha) ərazi tam təmizlənib, mina və partlamamış hərbi sursat aşkar edilməyib.

Bu barədə Son.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən məlumat verilib.

Əməliyyatlarda 43 nəfərlik şəxsi heyət iştirak edir.

Cəmi: 21 gün ərzində 9 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 3 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, 411 780 kv.m (41.18 ha) ərazi tam təmizlənib, 223 826 kv.m (22.38 ha) ərazi 20 sm dərinliyində 172 900 kv.m (17.29 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. (Cəmi: 808 506 kv.m (80.85 ha)).

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.


Xəbərə aid fotolar