İlan zəhərindən 30 dəfə güclü


Digərləri 08 Dek 2017 23:33:00 279 0

İlan zəhərindən 30 dəfə güclü

Arı zəhəri arının zəhər vəzilərindən əmələ gələn şəffaf mayedir, çox mürəkkəb tərkibə malikdir. Bəzən "apitoksin" də adlandırılan həmin mayeni ilk dəfə 1897-ci ildə Çexiyada öyrənməyə başlayıblar. Sonrakı tədqiqatlar göstərib ki, arı zəhərinin tərkibində çox vacib olan amin turşuları kompleksi, zülallar, mineral maddələr və s. var.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə biologiya üzrə fəlsəfə doktoru Mahmud Hümbətov məlumat verib. Onun verdiyi məlumata görə, tədqiqatlar nəticəsində arı zəhərinin tərkibində olan müalicəvi fermentlər ilan zəhərindəkindən 30 dəfə güclü olduğu sübut edilib. Onun tərkibində olan "adolanin" adlanan peptid çox qüvvətli ağrıkəsici və keyləşdirici təsirə malikdir və həmin keyfiyyətinə görə tiryəki 80 dəfə üstələyir.

Bioloq-alim arı zəhərinin müalicəvi xüsusiyyətləri barədə deyib: "Ürəyin işemik xəstəliyi, stenokardiya və hipertoniya zamanı onun tərkibində olan böyük təsir mexanizminə malik antiaritmik təsirli maddələr var. Eyni zamanda, arı zəhəri damarların kirəcləşməsinin qarşısını alır, onun divarlarını təmizləyir və elastik olmasını təmin edir.