"Ayla"nın mənəvi atasının arvadı da dünyasını dəyişdi


Digərləri 08 Dek 2017 20:12:00 268 0

"Ayla"nın mənəvi atasının arvadı da dünyasını dəyişdi

Həyat hekayəsi "Ayla" filminə mövzu olan koreyalı qazi Sleyman Dilbirliyinin ölümündən sonra bu gün həyat yoldaşı Nimet Dilbirliyi də dünyasını dəyişib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, Nimet ötən gün vəfat edən həyat yoldaşının ölümünə dayana bilməyərək həyatla vidalaşıb. Onların hər ikisinin eyni gündə dəfn ediləcəyi bildirilir. 

Qeyd edək ki, 1950-ci ildə Türkiyədən Koreyaya göndərilən əsgərlərin arasında olan Süleyman Dilbirliyi müharibə zamanı anasını və atasını itirmiş koreyalı qızı himayəsinə götürmüş və onu Ayla adlandıraraq 15 ay saxlamışdı. Türkiyəyə qayıtmaq məcburiyyətində qalan Dilbirliyi böyütdüyü qızı 60 il sonra görə bilmişdi. Bütün bunlar isə Türkiyənin bul il "Oskar"a təqdim etdiyi "Ayla" filmində öz əksini tapıb.