Daha 300-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi


Digərləri 08 Dek 2017 19:15:00 199 0

Daha 300-dən çox dərman vasitəsinin qiyməti təsdiq edildi

Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.

Bakı. Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Şuradan Trend-ə verilən məlumata görə, iclasda dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesinin davamı olaraq, dövlət qeydiyyatından yeni keçmiş 300-dən artıq dərman vasitəsinin qiyməti təsdiq edilib. Ümumilikdə, indiyədək ticarət adı, təsiredici maddəsinin adı, dozası, farmasevtik forması, ticarət qablaşdırması, qablaşdırma miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla dövlət qeydiyyatına alınmış 10713 dərman vasitəsinin topdan və pərakəndə satış qiyməti və qüvvəyə minmə tarixi təsdiq olunub. Dərman vasitələrinin təsdiq edilmiş topdan və pərakəndə satış qiymətləri və qüvvəyə minmə tarixləri göstərilməklə tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib. Qərarla saytın “Şuranın qərarları” bölməsində tanış olmaq olar.