SOCAR Vyetnama neft tədarük edəcək


Dünya 08 Dek 2017 18:33:00 306 0

SOCAR Vyetnama neft tədarük edəcək

Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti "SOCAR Trading" Vyetnamın "Binh Son Refining and Petrochemical Co" (BSR) şirkəti və "PV Oil" dövlət neft treyderi ilə neft tədarükü barədə saziş imzalayıb.

Son.az Trend-ə istinadən bildirir ki, müqaviləyə əsasən, SOCAR Trading 2018-ci ildən 2021-ci ilə qədər 3 milyon barel Azeri Light və 2 milyon barel başqa neft növlərini Dunq Kuat neft emalı zavoduna tədarük edəcək.

Qeyd olunur ki, saziş məcburi qüvvə daşımır.