Kadırov İsraili müharibə ilə təhdid etdi


Dünya 08 Dek 2017 18:38:00 247 0

Kadırov İsraili müharibə ilə təhdid etdi

ABŞ prezidenti Donald Trampın Qüdsün statusu ilə bağlı qərarı İsraili müharibənin içinə atacaq.

Son.az avropa.info-ya istinadən xəbər verir ki, Çeçenistan dövlət başçısı Ramzan Kadırov belə düşünür.

"Əminliklə deyə bilərəm ki, yüngül desək, Trampın qeyri-adekvat qərarı İsrail dövlətini qanlı qarşıdurmanın, daha yeni, daha güclü və təşkilatlanmış intifadanın içinə atacaq" - Kadırov sosial şəbəkədəki hesabında belə yazıb.

Onun sözlərinə görə, belə bəyanatlar neçə illər ərzində Yaxın Şərqdəki vəziyyəti nizamlamaq istəyən ölkələrin kürəyinə endirilən zərbədir.