Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı


Digərləri 08 Dek 2017 15:44:00 279 0

Azərbaycan bu sahədən 5,5 milyard dollardan çox gəlir qazandı

2016-cı ildə dünya bazarlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) və dövlətin payına düşən 127,38 milyon barrel neft satılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın 2016-cı ildə hasilat sənayesində şəffaflıq haqqında yekun hesabatda deyilir.

Satılan neftin ümumi məbləği 5,53 milyard dollar təşkil edib.