Əfqanıstanda partlayış


Dünya 08 Dek 2017 15:12:00 192 0

Əfqanıstanda partlayış

Əfqanıstanın şərqində Nanqarxar vilayətində partlayış baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, partlayış məsciddə törədilib.

Son məlumata görə, partlayış nəticəsində 1 nəfərin öldüyü, daha 8 nəfərin yaralandığı bildirilir. Partlayış cümə namazı zamanı baş verib. Vilayətin qubernatoru Ataulla Xoqiyani xəbəri təsdiqləyib.