Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir:


Digərləri 08 Dek 2017 15:00:00 223 0

Azərbaycanlı “krallar” ikinci nəhəng bazanı tikir:

Moskvanın daşınmaz əmlak kralları, "Kiyevskaya ploşad" şirkətinin sahibləri, Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarah İliyev Rusiya paytaxtında daha bir nəhəng topdansatış ərzaq bazası tikməyə hazırlaşır.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, biznesmenlər bu məqsədlə Moskva ətrafındakı Ximki rayonunda 33 hektar torpaq sahəsi alıblar. Sövdələşmə 3 milyard rubl həcmində dəyərləndirilir.

Mənbələr deyiblər ki, "Kiyevskaya ploşad" şirkətinin Moskvadakı "Food City" topdansatış ərzaq bazası tipində yeni topdansatış bazası tikmək planı var. 91 hektar sahəni tutan və 1 milyon kvadratmetrə yaxın obyekt sahəsi olan "Food City" Moskvanın topdansatış ərzaq və meyvə-tərəvəz bazarının böyük hissəsinə nəzarət edir. "Forbes"in hesablamalarına görə obyektin icarəsindən ildə 1.27 milyard dollar gəlir əldə ounur. Nisanov və ortaqları Moskvada bundan başqa bir sıra kommersiya daşınmaz əmlakın sahibləridir.


Xəbərə aid foto