Güzəştli mənzillərin tikintisinə nə qədər vəsait cəlb edilib?


Digərləri 08 Dek 2017 15:09:00 260 0

Güzəştli  mənzillərin tikintisinə nə qədər vəsait cəlb edilib?

Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyindəki "MIDA" MMC tərəfindən Bakının Yasamal rayonunda güzəştli yaşayış kompleksinin tikintisi üçün investor cəlb edilib.

Son.az xəbər veirr ki, Trend bu barədə Tender Komissiyasına istinadən məlumat verir.

Cəlb olunan investisiyaların ümumi həcmi 6,34 milyon manat təşkil edib.

Məlumatda qeyd olunur ki, "Caspian Service" MMC "Çinar İnşaat" MMC ilə birgə konsorsiumda kompleks ərazisində uşaq bağçası-körpələr evi inşa edəcək. Müqavilənin dəyəri 3,3 milyon manat təşkil edir.