"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub FOTO


Digərləri 08 Dek 2017 13:30:00 303 0

"Leyla Yunusun parlaqlığı və səfaləti" kitabının təqdimatı olub  FOTO

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barədə "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində kitabın təqdimatı keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.

Təqdimatda çıxış edənlər Leyla Yunusun Azərbaycan əleyhinə apardığı işlərdən, satqınçılığından danışıblar.

Qeyd olunub ki, L.Yunus həmişə xarici dairələrin, erməni lobbisinin əlində alət olub, Azərbaycana qarşı istifadə olunub.


Xəbərə aid fotolar