Deputat: "Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"


Digərləri 08 Dek 2017 13:24:00 295 0

Deputat: "Leyla Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər"

Bu gün Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qənbərovun Leyla Yunusun məhbəs həyatı barəsində "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı Azərbaycan, rus, ingilis və fransız dillərində işıq üzü görən kitabının təqdimatı keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri, ictimai xadimlər və digər qonaqlar iştirak ediblər.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə çıxış edən millət vəkili Elşən Musayev bildirib ki, L.Yunus hər zaman Azərbaycana qarşı satqınlıqla məşğul olub.

Deputat bildirib ki, L.Yunus kimilər Azərbaycanın deyil, Ermənistanın uğurlarına seviniblər: "Kitabda Leyla Yunusun iç üzü tam aydın göstərilib, onun Azərbaycana qarşı xəyanəti, satqınlığı qabarıqlığı ilə əks olunub".

Təqdimatda çıxış edən Azəri-Türk Qadınlar İctimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, L.Yunus ermənidən daha betərdir.