Deputat: "Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb"


Digərləri 08 Dek 2017 12:36:00 424 0

Deputat: "Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş apararaq maraqları naminə hər kəsi satıb"

Leyla Yunus həmişə Azərbaycan əleyhinə iş aparıb, öz maraqları naminə hər kəsi satıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev bu gün "Leyla Yunusun parlaqlığı və səfaləti" adlı kitabın təqdimatında deyib.

S.Alıyev bildirib ki, kitabda L.Yunusun bütün iç üzü açılıb: "Leyla Yunus Azərbaycanı, Azərbaycan dövlətini satan bir adamdır. Bu xanım tanıdığı bütün hüquq müdafiəçilərini satıb, zərbə altnda qoyub. Leyla Yunusu maliyyələşdirən, ona bir çox ölkələrdə imarətlər, villalar alan, külli miqdarda bank hesabı yaratmağa imkan yaradan çevrələr məhz Leyla Yunus kimi ictimai vuruslardan ictimai rəy lideri yaradırlar. Leyla Yunus kimi ictimai bir virusu da Azərbaycan cəmiyyətinə ictimai rəy lideri kimi sırımağa çalışırdılar".