"İnsan Resursları Sammiti - Bakı 2017" keçirilir (FOTO)


Digərləri 08 Dek 2017 11:31:00 230 0

"İnsan Resursları Sammiti - Bakı 2017" keçirilir (FOTO)

Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir.

Bakı. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) baş sponsorluğu ilə insan resurslarının idarə edilməsinə həsr edilən “İnsan Resursları Sammiti - Bakı 2017” adlı tədbir keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, 300 nəfərin iştirakı ilə keçiriləcək bu sammitdə 5 müxtəlif ölkəni təmsil edən 9 peşəkar spiker - insan resursları idarəçiliyinin son nailiyyətləri və beynəlxalq təcrübə haqqında müzakirə edəcək. Sammitin əsas mövzusu “Marka dəyərinin yaradılmasında insan resursları idarəçiliyinin rolu”dur.