Rusiyalı rektor: UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək


Digərləri 08 Dek 2017 11:13:00 210 0

Rusiyalı rektor: UNEC-in Rus İqtisad Məktəbi elm və təhsil sahəsində inteqrasiyaya böyük təkan verəcək

UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib.

Bakı. UNEC-in nümayəndə heyəti Rusiya Federasiyasının Ural Dövlət İqtisad Universitetinin yaranmasının 50 illik yubileyində iştirak edib. UNEC-in Marketinq və Kommunikasiya Departamenti, İctimaiyyətlə Əlaqələr Şöbəsindən Trend-ə verilən məlumata görə, Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov və “İqtisadiyyat” kafedrasının müdiri, professor Müslüm İbrahimovun qatıldığı yubiley tədbirində Rusiyanın nüfuzlu təhsil, elm, iqtisadiyyat və siyasi dairələrin nümayəndələri, o cümlədən dünyanın müxtəlif ali təhsil müəssisələrindən qonaqlar iştirak edib. Tədbirdə UNEC-in nümayəndə heyəti rektor, professor Ədalət Muradovun təbrik məktubunu səsləndirib. Ural Dövlət İqtisad Universitetinin rektoru, professor Yakov Petroviç UNEC-də Rus İqtisad Məktəbinin yaradılmasını yüksək qiymətləndirib: “UNEC-in Rus İqtisad Məktəbinin fəaliyyəti hər iki ölkə alimlərinin bilik mübadiləsinə, o cümlədən elm və təhsil sahəsində inteqrasiya proseslərinin güclənməsinə böyük təkan verəcək”.