Samsung UHD TV təsvirin tamamən yeni dünyası


Digərləri 08 Dek 2017 10:00:00 269 0

Samsung UHD TV  təsvirin tamamən yeni dünyası

Həyatınızda nə zamansa Sibir pələngini görmək şansınız nə qədər realdır? Təxminən milyonda bir ehtimal, belə ki, bu zolaqlıların nəsli kəsilmək üzrədir və dünyada bu növün mindən az fərdi qalmaqdadır. Sözsüz ki, ekspedisiya təşkil edib, uzaqölkələrə gedə bilər və Sibir pələngi axtarışına çıxa bilərsizniz, lakin hətta bu halda belə bu nadir heyvanı görmək sizə nəsib olmaya bilər. Həm də hazır ustalıqla çəkilmiş materiallar olduqdan sonra bu qədər əziyyət kimə lazımdır? Xüsusilə də bumaterialları SamsungUHDTV-də izlədikdə görünütü o qədər dəqiq olacaq ki, siz unikal zolaq rəsminin ən xırda detallarını seçərək iki pələngi bir birindən ayırd belə edə biləcəksiniz. Samsung təsvir keyfiyyətini mükəmməl edərək onu adi funksiyalar və texnologiya kimi deyil, bir sənət əsəri kimi təqdim edir. UHD (UltraHighDefinition) adi sözlə desək, televizorun görüntünü, sanki, öz gözünüzlə çəkmisiniz kimi, maksimal real və icazəli ötürməsidir. Əslində isə, təsvir ötürülməsi prosesi Samsung UHDTV-də daha mürəkkəb qurulub.

Gəlin bu prosesə daha yaxından baxaq.Film izlədikdə ən çox nəyi arzulayırısınız? Görüntünün "həcmli" olmasını, belə ki, ekranda seyr etdiklərimizin biri birindən hansı uzaqlıqda yerləşdiyini anlamaq çətin olur və təsvir "yastı" görünür. Samsung-un Auto Depth Enhancer təsvir dərinliyini artıran texnologiyası sayəsində görüntünün fərqli nöqtələrində təzadlığın tənzimlənməsi ilə onu daha real və canlı etmək mümkündür. Sadə dildə desək, hər kadr 3 zonaya bölünür: fon, mərkəzi zona (hərəkət zonası) və frontal zona (hərəkətdən qabaq zona). Bu zonalar parlaqlıq, təzadlıq və rəng göstəriciləri əsas götürülərək bölünür. Bundan sonra, tamaşaçının görüntünü daha maraqlı və canlı seyr etməsi üçün AutoDepth Enhancer təzadlıq səviyyəsini avtomatik optimallaşdıraraq təsvir dərinliyini daha dolğun edir. Yadınızdadır, əvvəllər biz təzadlığın, parlaqlığın və rəngin hər bir faizini özümüz tənzimləyirdik ki, görüntü istədiyimiz kimi alınsın, indi isə SamsungUHDTV hər bir hesablamanı və tənzimləməni özü edir. Bu həqiqətən həyatımızı rahatlaşdıracaq bacarıqdır.

Həmçinin, SamsungUHDTV-in inanılmaz parlaqlığı HDR texnologiyası vasitəsi ilə təmin edilir. High Dynamic Range -mənası tam aydın olmayan əcnəbi sözlərdən biridir, onu adiləşdirsək HDR funksiyası təsvirin həm qaranlıq, həm də işıqlı hissələrinin bir kadrda ifadə edilməsi deməkdir. Gəlin insan gözü ilə müqayisə edək, o, həm qaranlıq həm də işiqlı mühitdə eyni anda çox az detal seçə bilir, çünki olan işıqlandırmaya öyrəşmək üçün göz bəbəyinə müəyyən bir vaxt tələb olunur. İndi bir anlıq düşünün ki, HDR-ın köməyi ilə siz görüntünün qaranlıq və işıqlı hissələrini eyni anda görürsünüz!