Hər bir Azərbaycan vətəndaşının öz “elektron kabinet”i olacaq
Digərləri 07 Dek 2017 23:57:00 230 0
Azərbaycanın hər bir vətəndaşı "vahid pəncərə" prinsipi ilə fəaliyyət göstərən "elektron kabinet"ə sahib olacaq.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Hesablama Mərkəzindən deyiblər.
Mərkəzdən qeyd olunub ki, "e-kabinet" vasitəsilə elektron əməliyyatları həyata keçirmək və bütün elektron xidmətlərdən istifadə etmək mümkün olacaq.
"Elektron kabinet" "e-id.az" portalında fəaliyyət göstərəcək. Bu portal yeni nəsil şəxsiyyət vəsiqələri verilməyə başlandıqdan sonra istifadyə veriləcək.
Mənbə: milli.az