Müsəlman olmayan alimlər Həzrət Peyğəmbər barədə


Digərləri 07 Dek 2017 23:40:00 262 0

Müsəlman olmayan alimlər Həzrət Peyğəmbər barədə

Son.az deyerler.org-a istinadən bildirir ki, müsəlman olmayan alimlərinin Həzrət Muhəmməd (s) barəsindəki fikirləri ilə tanış olaq:

Mahatma Qandi. Qandi - Hindistanın böyük rəhbərlərindən olmuşdur ki, "Yeni Hindistan" adlı kitabında yazır: "Maraqlıdır ki, biləsiniz bu gün milyonlarla insanın qəlbində yer alan insan Muhəmməddir (s). Mən başa düşmüşəm ki, o günlərdə çox sayda insanın İslama gəlməsinə səbəb olan şey - qılınc deyildi, Muhəmmədin (s) sadə yaşamağı idi. O, başqa peyğəmbərlər (ə) kimi təqvalı idi. Çox əmanətdar idi. Doslarına, davamçılarına qarşı fədakar, Allaha təvəkkül edən idi". Lamartin. Məşhur yazıçı və tarixçi Lamartin yazır: "Muhəmməd (s) nəinki qanunları, orduları, milyonlarla insanları hərəkətə gətirdi, əslində dünyada sakin olanların üçdə birini hərəkətə gətirdi. O, dinləri, əqidələri, nəfsləri dəyişdirdi. Muhəmməd (s) - bir dini müəllim, bir əxlaqi rəhbər, vəfalı dost, gözəl yoldaş, sevgi dolu ata və həyat yoldaşı idi. Tarixdə elə bir insan yoxdur ki, onun kimi bütün bu cəhətlərə malik olsun və onunla bərabər olsun". Vill Durant. Muhəmməd (s) - böyük və kamil peyğəmbər idi ki, onun kimisi yox idi. O, bəşəri islah etmək üçün məbus olmuşdur. Karl Marks. İnkar olunmayan həqiqət budur ki, Muhəmməd (s) ona görə məbus oldu ki, ondan əvvəlkilərin risalətindən ən üstününü bəşərə gətirsin. Aleksandır Düma. Muhəmməd (s) - Şərqin möcüzəsi idi. Çünki dinində böyük təlimlər vardır. Əxlaqı üstün idi və bəyənilən rəftara malik idi. Alfred Giyom. Muhəmməd (s) - tarixin ən böyük şəxsiyyətlərindəndir ki, yeganə Allaha imanda qərq olmuşdur. Lev Tostoy. Şəkk yoxdur ki, Muhəmməd (s) böyük insanlardan olmuşdur ki, həqiqətdə bəşərə böyük xidmətlər etmişdir. (Tebyan) Vaşinqton İrvinq. Muhəmmədin (s) güclü hafizəsi, uca baxışları var idi və aşıb-daşan istedada malik idi. Jan Jak Russo. İslam peyğəmbəri Həzrəti Muhəmməd (s) - üstün nəzəriyyəyə malik olmuşdur və öz siyasi sistemini gözəl şəkildə birləşdirə bilmişdir.