Həyat yoldaşınızın qırmızı düyməsini basmayın


Digərləri 07 Dek 2017 23:45:00 315 0

Həyat yoldaşınızın qırmızı düyməsini basmayın

Sakit və sevgi dolu müştərək həyata malik olmaq hər bir ailə qurmuş cütlərin arzusudur. Əgər ailə həyatınızın şirin olmasını istəyirsinizsə mütəxəssislərin verdiyi bəzi tövsiyələrə əməl edin ki, faydalıdır.

1. Əgər eşitmisinizsə, elə edin ki, sanki eşitməmisiniz. Bəzən həyat yoldaşınız əsəbiləşər və elə sözlər deyər ki, heç özü də o sözlərə inanmır. Əgər o sözləri rəftarımız üçün meyar qərar versək, elə bir oyuna daxil olmuş olarıq ki, ailə həyatımız üçün faydalı olmaz. Əgər görsək ki, həyat yoldaşımızın ağzından çıxan sözə heç özü də inanmır - onu eşitməmiş kimi qəbul etməyə çalışaq.

2. Məğlub olacaq davaya əvvəldən başlamayın. Əgər həyat yoldaşınızın rəftarını dəyişdirmək üçün onunla münaqişə etmək istəyirsinizsə, bu, faydasızdır. Son.az deyerler.org-a istinadən bildirir ki, çünki bir insanı qısa zamanda dəyişdirmək mümkün deyildir. Onu olduğu kimi qəbul edin. Başqalarının onun haqqında verdiyi hökmlərə qulaq asmayın.

3. Həyat yoldaşınızı çox sıxışdırmayın. Əgər ona azadlıq versəniz, aranızda olan gərginlik də zəifləyər.

4. Onun həssas nöqtəsinə toxunmayın. Adətən cütlər müştərək həyat sayəsində bir-birinin qırmızı düyməsini tanıyarlar. Bilərlər ki, hansı sözü desələr və ya hansı əməli görsələr onu əsəbiləşdirə bilər. Əgər intiqam almaq və ya tənbeh məqsədilə o qırmızı düyməyə bassanız, sizin üçün heç də müsbət nəticələr gətirməyəcəkdir. Ona görə də bu işdən çəkinin.