Heydər Əliyevin anım mərasimi keçirilib FOTO


Digərləri 07 Dek 2017 20:52:00 223 0

Heydər Əliyevin anım mərasimi keçirilib  FOTO

Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümünə həsr olunmuş tədbir keçirib.

Son.az Trend-ə istinadən bildirir ki, ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Urxan Ələkbərov, millət vəkilləri Rasim Musabəyov, Elman Nəsirov, Rəfail Cəbrayılov, Əflatun Amaşov çıxış edib.

Çıxış edənlər ulu öndərin xalqımız, vətənimiz qarşısında göstərdiyi xidmətlərdən danışıb. Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu, bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə həsr etmiş umummilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü xalqımız tərəfindən dərin kədər hissilə qeyd olunur. Ulu öndərin elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərdən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramlarından danışılıb.


Xəbərə aid fotolar