23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlandı


Digərləri 07 Dek 2017 20:20:00 230 0

23 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlandı

"Bu ilin 9 ayında bələdiyyələrə metodoloji yardım, onların maarif­lən­dirilməsi məqsədilə 140-a yaxın seminar, diskussiya, görüşlər keçirilib. Bu tədbirlərdə 6 mindən çox bələdiyyə üzvü və qulluqçusu iştirak edib. Təhlillər göstərir ki, bələdiyyələrlə iş mərkəzinə daxil olan şikayətlərin, eləcə də qanunsuz hesab olunan qərarların əksəriyyəti torpaq qanunvericiliyinin pozulması ilə bağlı olub. İnzibati nəzarəti həyata keçirən orqanların təkliflərinə əsasən qanunsuz olduğuna görə ləğv edilmiş aktların sayı təxminən 2 dəfə artaraq 1040 ədəd olub".

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Qəbələdə keçirilən "Azərbaycanda yerli özünüidarəetmənin inkişafı: mövcud vəziyyət və perspektivlər" mövzusunda konfransda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Zahir Əlizadə deyib.