Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma FOTO


Dünya 07 Dek 2017 17:34:00 282 0

Vəziyyət gərginləşir: İsrail polisi ilə fələstinlilər arasında qarşıdurma  FOTO

ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıması ilə əlaqədar olaraq İordan çayının qərb sahilində gərginlik artır.

Son.az Trend-ə istinadən xəbər verir ki, İordan çayının qərb sahilində bir sıra qəsəbələrdə nümayişçilər Trampın Qüds qərarına etiraz olaraq Fələstin bayraqları və plakatlar qaldırıblar.

Ramallahın mərkəzi meydanından hərəkətə keçən fələstinlilər küçələrdə ABŞ və İsrail əleyhinə şüarlar səsləndirirlər.

Tulkerm, Cənin, Kəlkiliyyə, Beyt Ləhm, əl-Xəlil, Əriha yaşayış məntəqələrində etirazçılarla İsrail təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub.


Xəbərə aid fotolar