İsrailli alimlər azərbaycanlılarla əməkdaşlıq etmək istəyirlər


Digərləri 07 Dek 2017 17:00:00 224 0

İsrailli alimlər azərbaycanlılarla əməkdaşlıq etmək istəyirlər

İsrailli alimlər azərbaycanlı həmkarları ilə Yer elmləri, o cümlədən neft və qaz yataqlarının işlənilməsi sahəsində əməkdaşlıq etmək niyyətindədir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İsrail Təbiət və Humanitar Elmlər Akademiyasının üzvü, Təl-Əviv Universitetin professoru Zvi Ben-Avraham Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə ilə görüşündə deyib.

Z.Ben-Avraham bildirib ki, bu məqsədlə müştərək tədqiqatlar həyata keçirməyin zəruridir. Alim əməkdaşlığın hər iki ölkənin elmi üçün mühüm əhəmiyyət kəsb edəcəyini söyləyib.