Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası memorandum imzalayıb


Digərləri 07 Dek 2017 13:19:04 249 0

Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası memorandum imzalayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb.

Bakı. Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) arasında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Trend-ə Palatadan məlumat verilib. Memorandum ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən iqtisadi inkişaf strategiyasının davamlılığının təmin olunmasında iştirak, əhalinin, o cümlədən də müvafiq ixtisas sahiblərinin maliyyə bazarları, onun məhsul və xidmətləri barədə maarifləndirilməsi, maliyyə bazarlarının inkişafına dair elmi tədqiqatların aparılması, orta və ali təhsil müəssisələrində maliyyə bazarlarına dair biliklərin tədrisinə dəstək verilməsi, maliyyə bazarları üzrə yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində əməkdaşlıq məsələlərini əhatə edir. Sənədə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Maliyyə Bazarlarına Nəzarət Palatasının Baş icraçı direktoru İbrahim Alışov imza atıblar.