İƏT ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pisləyir


Digərləri 07 Dek 2017 11:30:00 198 0

İƏT ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarını pisləyir

İslam Əməkdaşlıq Təşkilatı ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir

Bakı. Rufiz Hafizoğlu - İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması, eləcə də səfirliyin Təl-Əvivdən Qüdsə keçirilməsi qərarını pisləyir. Bu barədə Trend-ə təşkilatdan məlumat verilib. Məlumatda qeyd olunur ki, Qüdsün İsrailin paytaxtı kimi tanınması təkcə müsəlman və ərəblər yox, həm də bu şəhərdə yaşayan xristianlara qarşı yönəlib. Təşkilatdan o da qeyd olunub ki, dekabrın 13-də İƏT bu məsələ ilə bağlı fövqəladə iclas keçirəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin