Hakerlər məlumatları qara bazarda hansı qiymətə satır?


Digərləri 07 Dek 2017 08:46:00 295 0

Hakerlər məlumatları qara bazarda hansı qiymətə satır?

Mütəmadi olaraq hackerlər yüz minlərlə şifrə, login, telefon nömrələri, elektron poçt ünvanları və qara bazarda satılması mümkün digər məlumatları oğurlayırlar. Bir insanın hansısa hesabının qiyməti 2000 avroya kimi çata bilər. "InfoWatch" şirkətinin tədqiqatçıları qara bazarda hansı məlumatlara daha çox tələbatın olduğunu öyrəniblər.

Korporativ məlumat:

Son.az technote.az-a istinadən bildirir ki, informasiya sistemlərinə hücum adətən sifariş əsasında olur. Hackerlər şirkətin əməkdaşları, müştəriləri haqqında məlumatları oğurlamağa və ya digər vacib məlumatları əldə etməyə çalışırlar. Məsələn bu ilin Sentyabr ayında Çində 11 milyon özəl məlumat oğurlamış xüsusi qrup dəstəsi yaxalanmışdı. Bir istifadəçi hesabına görə onlar ortalama 0.11$ əldə edirdilər.

Bank kartları:

Ödəniş məlumatları, kart nömrələri və bank sistemində olan istifadəçilər haqqında məlumatlara çox tələbat olur. Lakin bu cür məlumatların oğurlanması da çox təhlükəlidir. Qiymət ödəniş sistemi, status, kartın növü və s. kimi faktorlardan asılıdır. Bu ilin Sentyabr ayında hackerlər Sonic Drive-In adlı restoranlar şəbəkəsini hack etmişdilər. Bir neçə müddətdən sonra isə qara bazarda 5 milyon bank kartı məlumatlarının axını aşkar edilmişdi. Mütəxəssislər qeyd ediblər ki, onların arasında müştərilərin bank kartı məlumatları da ola bilər. Ortalama bir kart məlumatının qiyməti 37$ təşkil edir.

İsitfadəçilərin sosial şəbəkə hesabları:

Sosial şəbəkə istifadəçilərinin məlumatları az qiymətləndirilsə də, ən irimiqyaslı məlumat sızıntıları məhz bu sahədə baş verir. Buna görə də ümumi məlumat bazasına görə külli miqdarda pul almaq olar. Bu ilin Avqust ayında hackerlər 6 milyon Instagram istifadəçisinin məlumatlarını oğurlamışdılar. Onların arasında məşhur insanların hesabları da var idi. Hackerlər xüsusi saytdan istifadə etmişdilər. Həmin sayt vasitəsilə istənilən şəxs digər insan barəsində məlumatları əldə edə bilərdi. Bir axtarış sorğusu üçün hackerlər bitcoin vasitəsilə 10$ ödəniş tələb edirdilər.

Tibbi kartlar:

Tibbi məlumatlara böyük tələbat var. Adətən insanlar barəsində külli miqdarda məlumatlar əldə etmək olur. Onların adları, ünvanları, sığorta nömrələri, telefon nömrələri və s. digər şəxsi məlumatıar. Bu ilin May ayında hackerlər Litvada yerləşən Grozio Chirurgija adlı plastik klinikasının məlumat bazasını oğurlamışdılar. Həmin məlumat bazasında 25.000-ə yaxın müştərinin məlumatları var idi. Qara bazarda məlumat bazasını 300 bitcoinə satırdılar. Klinikanın bir müştərisinin məlumatlarını isə 2000 avro qiymətinə satırdılar.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin