Bakıda Quba sakinini maşın vurub


Digərləri 07 Dek 2017 08:30:00 307 0

Bakıda Quba sakinini maşın vurub

Hadisə Binəqədi rayonunda, DSK yolu kimi tanınan ərazidə baş verib

Bakıda Quba rayon sakinini minik avtomobili vurub.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda baş verib. DSK yolu kimi tanınan ərazidə yolu keçmək istəyən 1991-ci il təvəllüdlü Şirəliyev Müzəffər Fərid oğlunu "Mercedes" markalı avtomobil vurub. Yaralı təcili yardım xidməti vasitəsilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır və sürücü saxlanılıb.

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində

Son.az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin