Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib


Dünya 06 Dek 2017 23:39:55 284 0

Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edib

Səfir: "Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik"

"Amerika prezidenti Donald Trampın Qüdsü İsraliin paytaxtı kimi tanımağa dair qərarı "dəlilikdir", Fələstin İsrail ilə danışıqlarda ABŞ-ın vasitəçiliyindən imtina edir.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Fələstin dövlətinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl deyib.

"Bu andan etibarən, biz fələstinlilər olaraq, sülh prosesinin irəliləməsi işində ABŞ-ın vasitəçilik missiyasından imtina edirik. Yeni dövr başlayır, biz ABŞ-ın bu mövqeyini tamamilə rədd edirik və hüquqlarımıza riayət olunmasına nail olmaq niyyətindəyik", — deyə o bildirib.