Deputat Mikayıl Cabbarovu təriflədi


Digərləri 06 Dek 2017 18:02:00 273 0

Deputat Mikayıl Cabbarovu təriflədi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 5 dekabr 2017-ci il tarixində Mikayıl Cabbarovun Respublikanın vergilər naziri təyin edilməsini cəmiyyət müsbət qarşıladı.

Son.az xəbər verir ki, bunu Milli Məclisin Komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, yeni nazir ölkəmizdə tanınmış şəxsdir və müsbət imicə malikdir: "O, çalışdığı bütün sahələrdə həmişə müsbət nəticələr əldə edə bilibdir. Onun təhsil nazirliyində çalışdığı dövr təhsilə yeni ab-havanın gəldiyi dövr kimi tarixdə qalacaqdır. Təhsil sisteminə xeyli yeniliklər gəldi, cəmiyyətdə müəllim statusu və nüfuzunun qalxması üçün böyük işlər görüldü.

Müəllimlərin biliklərin diaqnostik qiymətləndirilməsi imtahanlarının keçirilməsi təhsilin inkişafına ciddi təkan verdi. Bacarıqlı müəllimlərin məktəb direktoru və tədris hissə müdirləri vəzifələrinə təyinat üçün yeni sistemin tətbiqi də razılıqla qarşılandı və özünü doğrultdu.

Mikayıl Cabbarovun dövründə təhsil nazirliyi cəmiyyət üçün açıq təşkilata çevrildi və təhsillə bağlı heç bir məsələ reaksiyasız qalmadı. Mikayıl müəllimin özü də səmimi, demokratik düşüncəli, dövlətcil bir idarəçi kimi tanındı.

İnanırıq ki, Mikayıl Cabbarov yeni vəzifədə də özünü yenilikçi və dövlət maraqlarını qoruyan bir rəhbər kimi çalışacaq və hörmətli prezidentin etimadını doğruldacaqdır.

Bu işdə ona uğurlar arzu edirik".

Pünhan Mirzə

Digər maraqlı xəbərlər Son.az-ın Facebook səhifəsində