Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)


Digərləri 06 Dek 2017 17:23:00 228 0

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz sakinləri saxlanılıb.

Bakı. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Xaçmaz sakinləri saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrinin qanunsuz dövriyyəsinin qarşısının alınması və həmin əməlləri törədən şəxslərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən rayonun Mürşüd-oba kənd sakini Ağabəy Ələskərov RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Baxış zamanı onun üzərindən 8,420 qram narkotik vasitə olan marixuana aşkar edərək götürülüb.