Göyçayda PARTLAYIŞ - Yaralılar var


Digərləri 06 Dek 2017 14:24:17 222 0

Göyçayda PARTLAYIŞ - Yaralılar var

Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub.

Bakı. Samir Əli - Göyçay rayonunda fərdi yaşayış evində partlayış hadisəsi olub. Trend-in məlumatına gröə, hadisə rayonun Potu kəndində baş verib. Rayonun Əli Kərim küçəsi ünvanında qeydiyyatda olan və Potu kəndində məskunlaşmış 1966-cı il təvəllüdlü Zərbəliyev Məhəmməd Şəmi oğluna məxsus evdə qaz sızmasından qəfil partlayış olub. Hadisə nəticəsində ev sahibi və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Zərbəliyeva Yeganə Akif qızı yanıq xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.