Ağstafada yol qəzası:


Digərləri 06 Dek 2017 14:01:00 248 0

Ağstafada yol qəzası:

Ağstafa rayonunda yol qəzası baş verib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayonunun Qırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, "Toyota Prado" və "VAZ" markalı minik avtomobilləri toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri və bir neçə sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.