Binəqədidə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" tədbiri keçirilib (FOTO)


Digərləri 06 Dek 2017 11:01:00 222 0

Binəqədidə "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası" tədbiri keçirilib (FOTO)

Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib.

Bakı. Daxili İşlər Nazirliyi ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatının inzibati binasında “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası” haqqında Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin icrası üzrə görülən işlərin vəziyyəti haqqında maarifləndirmə tədbiri keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Aygün Əliyeva açaraq son illərdə Binəqədi rayonunda yetkinlik yaşına çatmamış gənclərlə bağlı görülən işlər barədə danışıb. Natiq çıxışında bu məsələdə hər bir ailədə doğru təbliğatın aparılmasının vacibliyini qeyd edib. Sonra söz Daxili İşlər Nazirliyi Yetkinlik Yaşına Çatmayanların Proflaktik İşinin Təşkili Şöbəsinin baş inspektoru, polis polkovnik-leytenantı Əkbər Əkbərova verilib. Ə.Əkbərov Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliklərinin fəsadları, onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu haqqında geniş məruzə ilə çıxış edib.