Almaniyada iki qatar toqquşdu, onlarla insan xəsarət alıb


Digərləri 06 Dek 2017 00:52:39 233 0

Almaniyada iki qatar toqquşdu, onlarla insan xəsarət alıb

Almaniyanın Şimali Reyn - Vestfaliya vilayətində sərnişin və yük qatarı toqquşub.

Bakı. Almaniyanın Şimali Reyn - Vestfaliya vilayətində sərnişin və yük qatarı toqquşub. Trend-in məlumatına görə, hadisə Merbuş yaşayış məntəqəsinin yaxınlığında baş verib. Qəza nəticəsində ən azı 20 nəfərin xasarət aldığı bildirilir. "İlkin məlumatlara görə, 20 insan xəsarət alıb", deyə dəmir yolu idarəsndə bildiriblər.