Aparıcı sevgilisindən homoseksual olduğu üçün ayrılması xəbərindən danışdı


Digərləri 05 Dek 2017 20:48:00 309 0

Aparıcı sevgilisindən homoseksual olduğu üçün ayrılması xəbərindən danışdı

Müğənni-aparıcı Seren Serengil musiqiçi sevgilisi Özay Bakırdan homoseksual olduğu üçün ayrıldığı ilə bağlı iddialara cavab verib. 

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi Özayın çalışdığı məkanda ona bir nəfər kişinin aşiq olduğunu qəbul etsə də, ayrılığa bunun səbəb olamdığını deyib: 

"Özayın ailəsi var. Onları pis vəziyyətə salmaq istəmirəm. Özayın anasının gözündən axan hər damlaya canımı qurban edərəm. Onun haqqında yazılanları oxudum, çox çirkin iftiradır. Buna da səbəb onun işlədiyi məkandakı bir kişidir. Özay səhnəyə çıxanda həmin adam ona çox yaxın davranırdı, qucaqlayıb "eşqim" deyirdi. Mən Özaya xəbərdarlıq etdim, "O məkandakı işindən çıx, artıq-əskik xəbərlər yazılar" dedim. Amma olmadı. Yazılanlar iftiradır. Özay mənim sevgilim idi. Belə şey olsa, hamıdan əvvəl mən bilərdim. Ayrılmağımıza səbəb onun işlədiyi yerə görədir, amma bu homoseksual xəbəri deyil. Səbəb ikimizin arasındadır. Özay çox yaxşı, təmiz oğlandır. Çox gözəl eşq yaşadıq. Ona haqsızlıq etməyin".