Azərbaycan vətəndaşlarına Yaponiyaya getmək asan oldu - Viza verilməsi rejimi sadələşdirildi


Digərləri 05 Dek 2017 18:37:01 183 0

Azərbaycan vətəndaşlarına Yaponiyaya getmək asan oldu - Viza verilməsi rejimi sadələşdirildi

2017-ci ilin dekabrın 1-dən Azərbaycan vətəndaşları üçün Yaponiyaya vizaların verilməsi rejiminin sadələşdirilməsi prosesi başlayıb

Bakı. Ləman Zeynalova - 2017-ci ilin dekabrın 1-dən Azərbaycan vətəndaşları üçün Yaponiyaya vizaların verilməsi rejiminin sadələşdirilməsi prosesi başlayıb. Trend-in məlumaıtna görə, bunu Yaponiya imperatorunun doğum günü ilə bağlı tədbirdə bu ölkənin Azərbaycandakı səfiri Teryuki Katore deyib. Səfir qeyd edib ki, Yaponiya ilə Azərbaycan arasında münasibətlər 25 il ərzində davamlı olaraq inkişaf edib: “Bundan başqa, Azərbaycan və Yaponiya hökumətləri arasında dialoq, enerji layihələrinin reallaşdırılması çərçivəsində əməkdaşlıq, iki ölkənin özəl sektoru arasında iqtisadi əməkdaşlıq çərçivəsində mübadilələr də artan xətt üzrə inkişaf edib”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin