İşçilərini Whatsappla təlimatlandıran bələdiyyə başçısı həbs olundu FOTO


Dünya 05 Dek 2017 15:04:00 320 0

İşçilərini Whatsappla təlimatlandıran bələdiyyə başçısı həbs olundu  FOTO

Braziliyalı bələdiyyə başçısı qadın təhsil üçün nəzərdə tutulan büdcədən külli miqdarda pul mənimsədiyinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib.

Son.az Independent-ə istinadla xəbər verir ki, Lidiane Leite adlı qadın pulları mənimsəməsi ilə bağlı iddialar yayılmağa başladığı zaman, 2015-ci ilin avqust ayında ona tapşırılan Bom Jardim qəsəbəsindən qaçıb. 27 yaşlı Lidiane Leite idarəetmə işlərini Whatsapp vasitəsi ilə tənzimləyib. Sao Luizdə (onun idarə etdiyi qəsəbədən 180 mil uzaqlıqda) lüks həyat yaşayan qadın işçilərini sosial şəbəkə vasitəsi ilə təlimatlandırıb.

Leite təhsil üçün nəzərdə tutulan büdcədən 20 milyon mənimsədiyinə görə 14 il, 1 ay müdətinə həbs cəzası alıb. O, həbsdən çıxdıqdan sonra 6 ay ev dustağı olacaq.


Xəbərə aid fotolar