Polis reyd keçirdi:


Digərləri 05 Dek 2017 12:43:00 334 0

Polis reyd keçirdi:

Astara Dövlət Yol Polis bölməsinin əməkdaşları sərxoş halda avtomobil idarə edən sürücülərə qarşı reyd keçirib. 

Son.az report-a istinadən xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polis bölməsinin əməkdaşlar şəhər ərazsində və Artopa kəndində sərxoş sürüclərər qarşı reyd keçirib.  Reyd zamanı baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısını almaq, hərəkətin təhlükəsizliyini təmin etmək və hüquq pozuntusuna yol verən sürücüləri aşkarlamaq məqsədilə 100-ə yaxın nəqliyyat vasitəsi saxlanılıb. 

Saxlanılan zaman 50-dən artıq sürücü barəsində protokol tərtib edilib. Onların arasında avtomobili sərxoş halda idarə edərək özünü və digərlərinin həyatını real təhlükə ilə üz-üzə qoyanlar da olub. Bəziləri içkili olduğu halda bunu danmağada çalışıb müxtəlif bəhanələr gətirib.  Reyd zamanı polisin saxla əmrinə tabesizlik göstərərək aradan çıxmağa çalışan, təhlükəli manevr edən, sürücülük hüququ olmadan sükan arxasına keçən və digər kobud qayda pozuntuları edən sürücülər də aşkarlanıb. 


Xəbərə aid fotolar