Saxta 100 manatlıqlar müsadirə olunub


Digərləri 05 Dek 2017 12:40:30 199 0

Saxta 100 manatlıqlar müsadirə olunub

Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub.

Bakı. Dekabrın 1-də Xəzər rayonunun Mərdəkan qəsəbəsindəki stomatoloji mağazalardan birindən soyğunçuluq edilməsi ilə bağlı 1-ci Polis Bölməsinə müraciət daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla noyabrın 28-də qəsəbədə fəaliyyət göstərən stomatoloji mağazaya gəlmiş naməlum şəxsin 1000 manat dəyərində stomatoloji ləvazimatlar alması, ödəniş etdiyi pulların saxta olduğundan şübhələnən satıcının ondan aldığı malları qaytarmasını tələb etməsi, lakin sonuncunun həmin ləvazimatlar olan bağlamanı onun əlindən alaraq qaçması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanılıb. 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Fərhad Əbdülimanov saxlanılaraq istintqa təhvil verilib. Satıcı həmin şəxsin verdiyi saxta olduğu ehtimal edilən 10 ədəd 100 manatlıq əskinasları da istintaqa təqdim edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin