Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü - "dövlət çevrilişi"


Digərləri 05 Dek 2017 12:47:00 225 0

Saakaşviliyə qarşı rəsmi ittiham irəli sürüldü - "dövlət çevrilişi"

Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb.

Bakı. Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşviliyə qarşı dövlət hakimiyyətinin devrilməsinə cəhd ittihamı irəli sürülüb. Trend-in məlumatına görə, bunu jurnalistlərə onun vəkili Pavel Boqomazov bildirib. Qeyd edək ki, bu gün Kiyev polisi Gürcüstanın sabiq Prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru M.Saakaşvilinin Kiyevdə Kostelnaya, 7 ünvanındakı 32 nömrəli mənzilində axtarış aparıb. M.Saakaşvili isə yaşadığı binanın damına çıxaraq polisi intihar edəcəyi ilə hədələyib. Qısa müddət sonra hüquq-mühafizə orqanları Mi.Saakaşvilini yaşadığı binanın damında saxlayıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin